Dəhşətli cinayətin izi ilə: 1976-cı il, Kaliforniya. Adi bir yay günü idi. VİDEO
2-10-2026, 09:04

1976-cı il, Kaliforniya. Adi bir yay günü idi.
15 iyulda 26 uşaq yay məktəbindən sonra avtobusla evə qayıdırdı. Uşaqların yaşları 5–14 arasında idi. Onların yanında 55 yaşlı avtobus sürücüsü Ed Ray vardı.
Birdən yolun ortasında ağ rəngli bir furqon peyda oldu.
Ed Ray avtobusu saxladı.
Maskalı və silahlı üç kişi avtobusa yaxınlaşdı.
Uşaqlar nə baş verdiyini anlamadan silah gücünə avtobusdan çıxarıldılar.
Onlar avtobusu başqa yerdə gizlətdilər və uşaqları iki furqona mindirdilər. Sonra təxminən 11 saat onları qaranlıqda uzağa apardılar.

VƏ SONRA ƏSAS DƏHŞƏT BAŞLADI…
Uşaqları Livermore yaxınlığındakı daş karxanasına gətirdilər.
Orada əvvəlcədən hazırlanmış və torpağın altında gizlədilmiş yük qoşqusu vardı.
Uşaqlar və sürücü həmin dar yerə salındılar.
Sonra giriş bağlandı…
Üstünə ağır metal lövhə qoyuldu…
Və torpaqla örtüldü.
26 uşaq və avtobus sürücüsü yerin altında qaldı.
İçəridə hava getdikcə ağırlaşırdı. İşıq demək olar ki, yox idi. Uşaqlar qorxmuşdu.
Onları orada 16 saat saxladılar.
Qaçıranların məqsədi "ƏYLƏNCƏ" idi varlı ailələrdən gələn James və Richard Schoenfeld qardaşları və Fred Woods vardı. Woodsun ailəsi karxananın sahibi idi.
Amma cinayətkarların hesablamadığı bir şey var idi:
Uşaqlar təslim olmayacaqdı.
14 yaşlı Michael Marshall və sürücü Ed Ray çıxış yolu axtarmağa başladılar.
Döşəkləri üst-üstə yığdılar.
Yuxarıdakı ağır lövhəyə çatmağa çalışdılar.
Nəhayət, onlar girişdəki maneəni hərəkət etdirməyə nail oldular və torpağı əlləri ilə qazmağa başladılar.
Saatlarla davam edən mübarizədən sonra…
İlk işıq göründü.
Bir-bir uşaqlar yerin altından çıxmağa başladılar.
16 saat əvvəl diri-diri basdırılan 26 uşaq və Ed Ray sağ çıxmışdı.
Onlar yaxınlıqdakı karxana nəzarətçisinin yanına çatdılar və kömək çağırıldı.
Polis gəldi.
Uşaqlar tibbi müayinədən keçirildi və daha sonra ailələrinə qaytarıldılar.
BƏS QAÇIRANLAR?
Polis araşdırması onları tezliklə cinayətlə əlaqələndirdi.
Hadisədən sonra üç nəfər də saxlanıldı. 1977-ci ildə onlar adam oğurluğu ilə bağlı təqsirli bilindilər və ömürlük həbs cəzası aldılar. Sonrakı illərdə hər üçü şərti azadlığa buraxıldı.
Bu hadisə sonradan uşaqlıq travması ilə bağlı araşdırmalara da böyük təsir göstərdi; sağ qalanların bir qismi illər sonra belə hadisənin psixoloji təsirlərindən danışırdı.
Gülnar Abbasova

