1822-ci ildə İrana keçməyə məcbur olan Qarabağ xanı Mehdiqulu xan, bu kəndlərin əhalisinidə özü ilə aparmışdı

29-09-2026, 15:54           
1822-ci ildə İrana keçməyə məcbur olan Qarabağ xanı Mehdiqulu xan, bu kəndlərin əhalisinidə özü ilə aparmışdı
1822-ci ildə İrana keçməyə məcbur olan Qarabağ xanı Mehdiqulu xan, əhalisini də özü ilə apardığı kəndləri 1827-ci ilin iyununda Paskeviçin dəvəti ilə Qarabağa geri qayıdanda 62 ərazidə məskunlaşdırılmışdı. Rusiya hökuməti Paskeviçin tövsiyəsi ilə bu əhalinin məskunlaşdığı inzibati-ərəzi vahidlərini Mehdiqulu xanın irsi mülkiyyəti elan edir. Mehdiqulu xanın 1845-ci, Bədircahan Bəyim isə 1861-ci ildə vəfat edəndən sonra torpaqlar onların yeganə övladı Xurşidbanu Natəvanın (1832–1897) mülkiyyətinə keçmişdi. Bu kənd və obaların 18-i Zəngəzur qəzasında idi. Bunlar Soltanlı (Məlik pəyəsidir; 40 ailə), Cicimli (68 ailə), Bayandurlu (42 ailə), Qaracalı (8 ailə), Əliyanlı-Qalalı (35 ailə), Müsəlmanlar (36 ailə), Şahsuvarlı (20 ailə), Comərduşağı (17 ailə), Bozlu (29 ailə), Ağdonakənd (13 ailə), Bozlu (10 ailə), Sümüklü (22 ailə), Türklər (11 ailə), Zağlığ (8 ailə) və Çaxmaq (38 ailə), Kərbəlayı Elləzli və ya Kəlbəcərli (20 ailə), Bozlu obasının bir hissəsi olan Mirik (11 ailə) və başqa adı Mirik olan Həsənanlı (11 ailə) obaları idi.
Эльдар Тагиев












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]