Mirzə Kazımbəyin çar II Aleksandrla nə danışıb?

27-09-2026, 00:10           
Mirzə Kazımbəyin çar II Aleksandrla nə danışıb?
Mirzə Kazımbəyin çar II Aleksandra söbəti çox maraqlıdır
II Aleksandr onu çox soyuq qarşıladı.
-Cənab professor, məni sizin Şərqə həsr olunmuş əsərlərinizlə tanış ediblər. Deyirlər, islam dininə, onu uydurulmuş peyğəmbərinə bir neçə əsər həsr etmisiz, Şamillə də görüşmüsüz, onun haqqında da yazmısınız. Sizin işiniz missionerlərin işində çox yüngüldür. Onlar öz vətənlərindən, ailələrindən, ev-eşiklərindən uzaqlarda öz dinlərini təbliğ edirlər. Siz isə xristianlığı qəbul edib, öz evinizdə müsülmançılığı təbliğ edirsiniz.
-Mən...
Kazımbəyin sözü ağzında qaldı.
-Peyğəmbərin müqəddəs adlandırdığınız kitabını da sizmi rus dilinə tərcümə etmisiz?
-Xeyir, Əlahəzrət, onu professor Sablukov tərcümə etmişdir,-deyə Maarif naziri Kazımbəyi qabaqladı.
-O Sablukov kimdir, o da müsəlmandan dönmədir?-deyə II Aleksandr əyri-əyri nazirə baxdı.
-Yox, əlahəzrət, rusdur, xristiandır,-deyə nazir titrək səslə cavab verdi.
-Onu bu işə vadar edən, yəqin ki, olmayıb, müsəlmanların müqəddəs kitabı bizə çox lazımdır. Şərqi bilmək və tanımaq üçün onun dinini də bilmək lazımdır, əlahəzrət,-deyə Kazımbəy bir qədər cürətlə cavab verdi.
-Orası elədir,-deyə çar Kazımbəylə razılaşdı. Mən sizi ona görə də dəvət etmişəm. Sizə bir neçə sualım olacaq. Krım müharibəsi sübut etdi ki, biz Şərqi hələ yaxşı tanımamışıq... Siz, cənab Kazımbəy deyirlər, Şərqə çox bələdsiz. Deyin görüm Şərqin bəlası nədir? Şərqi necə ələ almaq olar, necə əldə saxlamaq olar?
-Şərqi əldə saxlamaq çox çətindir-deyə Kazımbəy sözə başladı.-Şərq çox mürəkkəb bir aləmdir. Şərqi necə əldə saxlamaq... Zənnimcə Şərqlə dost olmaq lazımdır...müsəlmanlarla mehribancasına dolanmaq lazımdır. Böyük Rusiya bu yolla getməlidir...Unutmaq olmaz ki, böyük Rusiyada milyonlarla müsəlman yaşayır. Əlahəzrət, Şərq ayılır... Qərb öz siyasəti ilə Asiyanı bərpa edə bilməyəcək. Şərq möcüzəli, mürəkkəb aləmdir, əlahəzrət, ora bizim birinci vətənimiz, bəşəriyyətin beşiyi, günəşin doğulduğu yerdir.
Mənbə: Ağababa Rzayev; Azərbaycandan başlanan əzablı yol. Bakı 1989 cu il.
Zəruri qeyd: Çar iki saatdan çox 63 yaşlı böyük mütəfəkkiri - Mirzə Kazımbəyi ayaq üstündə saxlatdırmış və ondan Şərqi öyrənməyə çalışmışdır...
Yeri gəlmişkən, Kazan Ruhani Akademiyasının professoru, görkəmli şərqşünas Qordiy Sablukovun (1803-1880) Quranı tərcümə etməsi o dövr üçün çox byük hadisə idi.
Kitabxanamdan 2 cildlik həmin tərcümə nüsxələrini təqdim edirəm.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]