Pablo Neruda xəstə qızını Madriddə qoyub Parisə getdi

25-09-2026, 12:54           
Pablo Neruda xəstə qızını Madriddə qoyub Parisə getdi
Görkəmli Çili şairi, Nobel mükafatı laureatı Pablo Neruda, 1930-cu ildə Hollandiya əsilli Mariya Antonieta Hagenaar (Maruca) ilə evləndi. 1934-cü ildə Madriddə onların Malva Marina adlı qızları dünyaya gəldi. Körpə ağır xroniki xəstəlik olan hidrosefaliya (beyində maye toplanması) ilə doğulmuşdu.
Neruda dostlarına yazdığı məktublarda qızını "üçbucaqlı başı olan, gülünc bir varlıq" kimi təsvir edir və onun varlığından utandığını gizlətmirdi. 1936-cı ildə İspaniya vətəndaş müharibəsi başladıqda Neruda həyat yoldaşını və xəstə qızını Madriddə qoyub Parisə getdi, daha sonra isə onları tamamilə tərk etdi.
Anası Maruca maddi çətinliklər ucbatından Niderlanda köçməyə məcbur oldu. Körpə Malvanı Qouda şəhərində xristian bir ailənin himayəsinə verdilər. Malva Marina 1943-cü ildə, cəmi 8 yaşında vəfat etdi. Neruda qızının dəfn mərasiminə qatılmadı və anasının kömək xahişlərinə cavab vermədi. Hətta "Confieso que he vivido" (Yaşadığımı etiraf edirəm) adlı məşhur memuarında da qızının adını bir dəfə də olsun çəkmədi.
​Bu hadisə, humanist və sosial ədalət şeirləri ilə tanınan Nobel mükafatçısı Pablo Nerudanın şəxsi həyatındakı ən böyük mənəvi ziddiyyət kimi tarixə düşmüşdür.
Sahil Born To Die












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]