Pit Heqset ona irad bildirən hərbçini mükafatlandırdı - Video

13-11-2026, 17:14           
Pit Heqset ona irad bildirən hərbçini mükafatlandırdı - Video
Pentaqonun rəhbəri Pit Heqset ABŞ-də Naməlum Əsgərin məzarı önündə gülməsinə görə ona irad bildirən hərbçini mükafatlandırdığını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Hər bir əsgəri sevirik. Standartlara hörmət edirik. Əla işdir, əsgər", - deyə Heqset yazıb.

O, paylaşımına həmin hərbçinin fotosunu da əlavə edib. Əsgər "Ləyaqətli xidmətə görə" medalı ilə təltif olunub.

Xatırladaq ki, daha əvvəl ABŞ ordusunun fəxri qarovulunun hərbçisi Veteranlar Günü münasibətilə Arlinqton qəbiristanlığında keçirilən mərasimdən sonra Naməlum Əsgərin məzarı yaxınlığında Pit Heqsetə və onun baş müşavirlərinə irad bildirib. Buna səbəb onların bəzilərinin məzarın yanında gülməsi və söhbət etməsi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]