Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal

10-11-2026, 08:36           
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən özəl xəstəxana ilə bağlı qalmaqallı iddia ortaya çıxıb.

TEREF yerli mediaya istinadən xəbər verir ki, xəstəxanada təmizlik işçisi kimi çalışan şəxsin tibbi təhsili olmadığı halda əməliyyatlarda iştirak etdiyi və həkim, eləcə də əməliyyat tibb bacısı kimi xəstələrə müdaxilə etdiyi iddia olunur.

İddialara görə, həmin şəxsin iştirak etdiyi tibbi müdaxilələrlə bağlı xəstə qeydiyyatlarında digər tibb işçilərinin adlarından istifadə olunub.

Vətəndaşlar durumla bağlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Mərkəzinə (CİMER) şikayət ünvanlayıblar. Şikayətdən sonra Giresun Vilayət Səhiyyə İdarəsi tərəfindən araşdırmaya başlanılıb.

Araşdırma çərçivəsində həmin şəxsin xəstəxanadakı vəzifəsi, səlahiyyətləri və cərrahi əməliyyatlarda iştirak edib-etmədiyi yoxlanılır./Lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]