Ermənistanda məhkəmə II Qareginin qohumlarını təqsirli bildi
Bu gün, 10:24
Bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyan və qardaşı oğlu Ambartsum Nersisyan Ermənistanda seçki kampaniyasına mane olmaqda təqsirli biliniblər.
Moderator.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, müvafiq qərarı Armavir vilayətinin birinci instansiya məhkəməsinin hakimi Gevork Manukyan elan edib.
Cəza hökmü daha sonra çıxarılacaq, əlavə dinləmələr isə oktyabrın 15-nə təyin olunub.
Qeyd edək ki, Gevork Nersisyan və oğlu Ambartsum Nersisyan 2025-ci il noyabrın 3-də həbs olunublar. İstintaqın məlumatına görə, onlar 2025-ci il noyabrın 1-də Vaqarşapat icmasına daxil olan Voskeat kəndində təşviqat materialları paylayan "Respublika" Partiyasının nümayəndəsi ilə münaqişəyə girərək onu təhqir ediblər. Noyabrın 17-də iş məhkəməyə göndərilib.
2026-cı ilin fevralında onlar ev dustaqlığına, may ayında isə inzibati nəzarət altına keçiriliblər.