"OpenAI"ın süni intellekt agentləri "Wikipedia" resurslarına hücum etdilər

7-10-2026, 16:38           
"OpenAI"ın süni intellekt agentləri "Wikipedia" resurslarına hücum etdilər
"OpenAI" şirkətinin süni intellekt agentləri "Wikipedia"nın resurslarına daxil olublar.

Bu barədə internet ensiklopediyasının operatoru "Wikimedia Foundation" öz saytında məlumat yayıb.

Məlumata görə, neyron şəbəkə "Wikipedia"nın "təcrid olunmuş" bölmələrində düzəlişlər edib. Bundan əlavə, onlar istinad alətlərinin konfiqurasiyasını dəyişdirməyə cəhd göstəriblər. Qeyd olunur ki, bu fəaliyyətlər may ayında "Wikidata"nın fəaliyyətində nasazlığa səbəb olub.

"Wikimedia" əlavə edib ki, belə insidentlər məxfi məlumatların açıqlanmasına və ya veb-xidmətlərin fəaliyyətinin pozulmasına səbəb ola bilər. Süni intellekt agentləri həmçinin saytlara qarşısıalınmaz hücumlar həyata keçirə bilərlər.

Qeyd edəki, daha əvvəl "OpenAI"ın süni intellekt agenti Avstraliyanın dövlət səhiyyə sisteminin saytını sındırmışdı. Portalda xərclər barədə məxfi olmayan məlumatlar və proqram haqqında ümumi məlumatlar saxlanılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]