Yəmənin Husi separatçılarının da görünür sonu yaxınlaşır.

6-10-2026, 17:06           
Yəmənin Husi separatçılarının da görünür sonu yaxınlaşır.
İranın sonuncu dayaqlarından Yəmənin Husi separatçılarının da görünür sonu yaxınlaşır. Paylaşılan videolar dəhşətlidir.
Səudiyyə qırıcılarının zərbələrindən sonra Husi qüvvələrinin müqaviməti qırılıb. Sağ qalan mimlərlə döyüşçü qaçır. Yəmənin qanuni ordusu isə geri çəkilən husiləri təqib edir. Bəzi görüntülərdə qaçanların avtomobillərlə üstündən keçdiyi, bəzilərinin isə avtomobillərdən qaçmaq üçün özünü dənizə atdığı və orada atəşə tutulub qırıldığı görünür.
Keçən dəfə də yazmışdım, husilərin çoxu narkotik aludəçisidir. Bəzi görüntülərdə döyüşçülər qaçmağa belə cəhd etmir, sadəcə yerdə oturub avtomobillərin onların üstündən keçməsini gözləyir.
Molla rejimi Yəmən, Suriya, Livan, İraq və başqa ölkələrdə əlini qana batırdı. Adını çəkdiyim ölkələrdə sünnilər və şiələr əsrlər boyu, bütün problemlərə baxmayaraq, birlikdə yaşayırdılar.
Sonra İran ortaya çıxdı: “Sizi biz qorumalıyıq”. Kimdən qoruyacağı isə çox vaxt bəlli deyildi. Nəticədə isə bölgəyə separatizm, silahlı qruplar, iç savaşlar və xaos gəldi.
Orxan Atabəy












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]