Zelenski: FP-9 raketası üzərində iş bu payız başa çatacaq

4-10-2026, 11:04           
Zelenski: FP-9 raketası üzərində iş bu payız başa çatacaq
Ukrayna Prezidenti Vladimir Zelenski daha uzaqmənzilli FP-9 ballistik raketasının hazırlanmasını sürətləndirmək üçün istehsalçı “Fire Point” şirkətinə təzyiq göstərdiyini bildirib.
Bizimyol.info xəbər verir ki, Zelenskinin sözlərinə görə, o, şirkətin rəhbərliyi ilə danışaraq raketanın hazırkı vəziyyəti barədə soruşub. Prezident FP-9-un bu payız istifadəyə hazır olacağına ümid etdiyini deyib.

Ukrayna bu həftə təxminən 250 kilometr mənzilli FP-7 ballistik raketasının ilk dəfə döyüşdə istifadə edildiyini açıqlayıb. FP-9-un isə daha uzaq məsafədə, o cümlədən Moskvanı vura biləcək imkanlara malik olacağı bildirilir.

Zelenski həmçinin Rusiyanın Ukrayna şəhərlərinə hücumlarını genişləndirməsinə cavab olaraq Rusiya neft emalı zavodlarına zərbələrin artırılacağını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]