Niderlandda ilk dəfə iki yaşlı uşağa evtanaziya tətbiq edildi

29-09-2026, 17:18           
Niderlandda ilk dəfə iki yaşlı uşağa evtanaziya tətbiq edildi
Niderlandda ilk dəfə iki yaşlı oğlan uşağına evtanaziya tətbiq olunub.

"Daily Mail" nəşri xəbər verir ki, iki yaşlı uşaq hamiləliyin 26-cı həftəsində doğulub və bir sıra ağır xəstəliklərdən əziyyət çəkib.

Uşaqda serebral iflic və beyin fəaliyyətində pozuntular aşkarlanıb. O, normal nəfəs ala və görə bilməyib, həmçinin epileptik tutmalardan əziyyət çəkib.

Həkimlərlə uzun sürən məsləhətləşmələrdən sonra uşağın valideynləri çətin qərar qəbul ediblər. Belə ki, müalicənin uşağın vəziyyətinə kömək edə bilməyəcəyi qənaətinə gəlinib.

"Məlumata görə, bütün tibbi və qeyri-tibbi tədbirlərə baxmayaraq, valideynlər və həkim uşağın vəziyyətində hər hansı yaxşılaşma müşahidə etməyiblər və onun dözülməz əzab çəkdiyinə əmin olublar", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Niderlandda 1 yaşdan 12 yaşadək ölümcül xəstə uşaqlar üçün həyatın sonlandırılmasına imkan verən xüsusi qaydalar 2024-cü ildən qüvvədədir. Bu prosedur yalnız uşağın dözülməz əzab çəkdiyi, vəziyyətinin yaxşılaşması üçün perspektiv olmadığı və tibbi baxımdan məqbul alternativin mövcud olmadığı hallarda həyata keçirilə bilər. Valideynlərin razılığı və digər tibbi prosedurlar da tələb olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]