SEPAH ABŞ-nin sualtı kəşfiyyat vasitəsini ələ keçirdi - VİDEO

28-09-2026, 11:24           
SEPAH ABŞ-nin sualtı kəşfiyyat vasitəsini ələ keçirdi - VİDEO
İranın İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında ABŞ-nin özühərəkət edən sualtı vasitəsini ələ keçirdiyini bildirib.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Tutulan vasitənin ABŞ tərəfindən bölgədə kəşfiyyat üçün istifadə edildiyi iddia olunur.

İran ordusu ələ keçirilən dərin dəniz pilotsuz a
paratını müasir ağıllı sualtı platformalar sinfi olan "Remus 600" kimi müəyyən edib. Hadisə ilə bağlı şərh verən SEPAH Hərbi Dəniz Qüvvələri İranın Hörmüzdə "icazəsiz marşrutlar boyunca" istənilən hərəkətin və əməliyyatın qarşısını almağa davam etməkdə qərarlı olduğunu vurğulayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]