Ərəblərin ilk milli elektromobili nümayiş etdirildi - Qeyri-adi dizayn
23-09-2026, 12:17
Səudiyyə Ərəbistanının milli avtomobil markası "Ceer" ilk dəfə olaraq "Exobot" adlı lüks sedan və krossover modellərini nümayiş etdirib.
Plat.az xarici mediaya istinadən xəbər verir ki, "Foxconn", "BMW" və "Hyundai" texnologiyaları əsasında yığılan bu maşınların Qırmızı dəniz sahilindəki yeni zavodda istehsalı və 2027-ci ilin yazında müştərilərə təhvil verilməsi planlaşdırılır.
Yuxarıya doğru açılan qapıları ilə diqqət çəkən bu tam ötürücülü elektromobillər 850 at gücündədir və bir şarjla 600 km məsafə qət edə bilir. İsti iqlimə xüsusi uyğunlaşdırılan maşınların ardınca şirkət 2030-cu ilə qədər ümumilikdə 7 yeni model buraxmağı hədəfləyir.