“MR.Pepper” restoranının yerləşdiyi obyekt 1,8 milyon manata satılır 21-09-2026, 16:24 Bakının mərkəzində, İçərişəhər metrosunun yaxınlığında “MR.Pepper” restoranının fəaliyyət göstərdiyi kommersiya obyekti satışa çıxarılıb.Mərkəzi Univermağın üzbəüzündə yerləşən, ümumi sahəsi 140 kvadratmetr olan obyekt iki mərtəbədən ibarətdir.Satış qiyməti 1 milyon 800 min manatdır.Bildirilir ki, obyektin çıxarışı mövcuddur. Həm torpaq sahəsi, həm də tikili xüsusi mülkiyyətdədir və qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirilib.Hazırda obyekt icarədədir və aylıq icarə haqqı 5 min manat təşkil edir. Facebook-da paylaş