Qədim Romada sidik biznesi o qədər güclü idi ki, bu işlə məşğul olan adamlar dövlətə vergi ödəyirdilər.
21-09-2026, 15:24
Qapı-qapı gəzib sidik toplayan insanlara müəyyən məbləğdə pul qazanırdılar. Sidik əsasən paltarların təmizlənməsində, ağız boşluğunun yaxalanması və dişlərin parlaq görünməsi üçün istifadə olunurdu. Ayaq yoluna getmək və geri qayıtmamaq qorxuya yox, adət halına çevrilmişdi. Tualetlər həddindən artıq çirkli və natəmiz olduğundan zəhərli ilan və böcəklərin yuvasına çevrilmişdi. Bu səbəbdən də ayaqyolunda olan insanlar üçün ağır zəhərlənmə və ölüm halları isə qaçılmaz idi. Rəvayətlər görə, romalılar əvvəlcə yemək yeyər, sonra isə qaz tükündən istifadə edərək özlərini qusdurarmışlar. Səbəb isə daha çox qida qəbul etmək və yemək zövqündən sonuna qədər faydalanmaq idi. Rəqiblərini və düşmənlərini ortadan qaldırmaq üçün hər bir romalının evində zəhər hər hansısa ədviyyat kimi saxlanılırdı. İmperatorlar ən yaxın qohumlarını belə gözlərini qırpmadan zəhərləyib öldürürdülər. Şəxsi ayaqyolu olmadığından insanlar ya ümumi tualetlərdən, ya da saxsı qablardan istifadə edirdilər. Çox vaxtı isə ifrazatlarını evlərinin pəncərələrindən bayıra tökürdülər. Yazda yığılan keçi və dəvə nəcisi qurudulub yara sarğıları kimi istifadə olunurdu. Bundan başqa romalılar keçi gübrəsini qurudub toz halında içkilərə qatırdılar. Bu cür içkilər enerji qaynağı hesab olunurdu. Buqələmun