CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib

20-09-2026, 10:04           
CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib
ABŞ son bir neçə ay ərzində 1 milyard bareldən çox neftin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib.

TEREF "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper "X" sosial şəbəkəsində paylaşılan videomüraciətində deyib.

"Təsirli nəticələr əldə edilib... Son bir neçə ay ərzində CENTCOM qüvvələri bir milyard bareldən çox xam neftin Fars körfəzindən Hörmüz boğazı vasitəsilə çıxarılmasını təmin edib. Bu marşrutdan keçərkən 2000-dən çox ticarət gəmisinin uğurla müşayiət olunması və mühafizəsi təmin olunub", - o bildirib.

Kuperin sözlərinə görə, Hörmüz boğazındakı əsas gəmiçilik yolları minalardan təmizlənib, dəniz blokadası dövründə isə İran neftinin ixracının qarşısı tamamilə alınıb:

"Bu zaman İrandan neft ixracı sıfır barel təşkil edib. Biz vəziyyətə ayıq baxışımızı qoruyur və Hörmüz boğazı vasitəsilə daşımaların həcmini artırmağa çalışaraq ABŞ-nin müxtəlif qurumlarından olan həmkarlarımız, Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasından olan tərəfdaşlarımız, eləcə də sığorta və gəmiçilik şirkətləri ilə işləməyə son dərəcə köklənmişik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]