Rusiyalı sabiq nazir qiyabi həbs edildi

18-09-2026, 10:18           
Rusiyalı sabiq nazir qiyabi həbs edildi
Moskvanın Meşşansk rayon məhkəməsi Rusiyanın sabiq rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovu qiyabi olaraq iki ay müddətinə həbs edib.
Bu barədə "Kommersant" nəşri xəbər verir.

Keçmiş məmurun həbsdə saxlanılma müddəti onun Rusiya ərazisində saxlanıldığı və ya Rusiyaya ekstradisiya olunduğu andan hesablanmağa başlayacaq.

Nikolay Nikiforov cinayətkar birlik təşkil etməkdə və külli miqdarda dələduzluqda ittiham olunur.

İstintaqın versiyasına görə, Nikolay Nikiforov "Finiko" piramidasının yaradıcılarından biridir. O, 2018-ci ildə nazir vəzifəsindən getdikdən sonra BƏƏ-də yaşayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]