Marsda sirli dəliklər aşkarlandı: “Qırmızı planet”lə bağlı YENİLİK
17-09-2026, 15:44
Marsın səthini araşdıran NASA-nın Curiosity aparatı planetdə alimlərin diqqətini çəkən sirli dəliklər qeydə alıb.
NASA mütəxəssisləri bildirirlər ki, bu strukturlar Marsın səthindəki qayaların xüsusiyyətləri və planetin geoloji keçmişi barədə yeni məlumat verə bilər. Müşahidələr Curiosity-nin Marsda artıq 14 ilə yaxındır apardığı araşdırmalar zamanı əldə olunub.
Plat.az NDTV-yə istinadla xəbər verir ki, alimlər Marsın uzunmüddətli tədqiqatlara baxmayaraq hələ də gözlənilməz xüsusiyyətlər ortaya çıxardığını vurğulayırlar.
Curiosity-nin göndərdiyi görüntülər Marsın səthində müxtəlif ölçülü və formalı boşluqları göstərir. Tədqiqatçılar belə strukturların necə yarandığını müəyyənləşdirməklə planetin keçmişində baş vermiş geoloji prosesləri daha yaxşı anlamağa çalışırlar.
Marsda suyun mövcudluğu, qədim çay və göllərin izləri, həmçinin planetin atmosferinin keçmişi ilə bağlı araşdırmalar davam edir. Yeni görüntülər də alimlər üçün bu araşdırmaların növbəti mərhələsində əlavə ipucları yarada bilər.