Yemək vaxtı telefona baxmağın təhlükələri - Mütəxəssis rəyi

9-09-2026, 15:38           
Yemək vaxtı telefona baxmağın təhlükələri - Mütəxəssis rəyi
"Yemək yeyərkən sosial şəbəkələrə baxmaq və videoları izləmək insanın fərqinə varmadan həddindən artıq qidalanmasına və rasionuna nəzarəti itirməsinə səbəb ola bilər"

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu diyetoloq Anton Polyakov deyib.

Rusiyalı mütəxəssis xəbərdarlıq edib ki, bu cür vərdiş həm də normal həzm prosesinə mənfi təsir göstərir:

"Həmin an şüurumuz qəbul edilən qidanın keyfiyyətinə və miqdarına nəzarət edə bilmir. Yeməyin lazımi qaydada çeynənilməsinə diqqət yetirilmir. Bu isə həzm problemləri və normadan artıq qidalanma ilə nəticələnir".

Diyetoloqun sözlərinə görə, diqqət ekrana, videoya və ya smartfona yönəldikdə, insan qidanı demək olar ki, avtomatik şəkildə qəbul edir. Toxluq hissi isə yalnız mədədə narahatlıq və ağırlıq yarandıqdan sonra hiss olunur. Belə bir vərdişin mütəmadi təkrarlanması gələcəkdə artıq çəkiyə gətirib çıxara bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]