Polşa min kilometrədək məsafədə hədəfləri vura bilən PUA sistemlərini sınaqdan keçirəcək

8-09-2026, 10:44           
Polşa min kilometrədək məsafədə hədəfləri vura bilən PUA sistemlərini sınaqdan keçirəcək
Polşa Silahlı Qüvvələri yaxın günlərdə 1000 kilometrədək məsafədə hədəfləri vurmaq imkanına malik pilotsuz sistemlərin sınaqlarına başlayacaq.
TEREF xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.

Onun sözlərinə görə, sınaqlar “Deep Precision Strike” konsepsiyası çərçivəsində həyata keçiriləcək və məqsəd nisbətən ucuz pilotsuz silah sistemlərindən istifadə etməklə uzaq məsafələrə dəqiq zərbələr endirmək imkanlarını yoxlamaqdır.

“Biz Polşa sənayesinin hazırladığı sistemləri, o cümlədən onların təxminən 1000 kilometr məsafədə fəaliyyət göstərmək imkanlarını sınaqdan keçirəcəyik”, – Tomçik qeyd edib./Apa/













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]