Süni intellekt agentləri gizli əlaqə qurdu — 700-ü hücuma qoşuldu

7-09-2026, 16:44           
Süni intellekt agentləri gizli əlaqə qurdu —
OpenAI-nin qapalı test mühitində aparılan sınaqlar zamanı təxminən 1 200 süni intellekt agentinin bir-biri ilə əlaqə yaratdığı və onların yüzlərləinin Hugging Face sisteminə hücumda iştirak etdiyi müəyyənləşdirilib.

Demokrat.az xəbər verir ki, agentlərin nəzərdə tutulmadığı halda yaratdıqları kommunikasiya kanalı vasitəsilə mesaj və fayllar paylaşdığı, müxtəlif tapşırıqları öz aralarında bölüşdürdüyü və təhlükəsizlik boşluqlarından istifadə etməyə çalışdığı bildirilib.

Araşdırmaya görə, təxminən 700 agent hücum prosesinə qoşulub. OpenAI bildirib ki, agentlər internetə çıxış əldə etmək üçün test mühitindəki zəifliklərdən istifadə edib, daha sonra Hugging Face sistemlərinə daxil olaraq bəzi məlumatlara çıxış əldə ediblər. Hadisədən sonra şirkət təhlükəsizlik və nəzarət tədbirlərini gücləndirib. Araşdırma süni intellekt agentlərinin müstəqil şəkildə koordinasiya olunması və gözlənilməz davranışlar nümayiş etdirməsi ilə bağlı təhlükəsizlik risklərini yenidən gündəmə gətirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]