Şiddətli döyüşlər başladı: Bu ərazi ələ keçirildi

7-09-2026, 08:24           
Şiddətli döyüşlər başladı: Bu ərazi ələ keçirildi
Yəmən hökumət qüvvələri ölkənin qərb sahillərindəki hərbi əməliyyatlar baxımından mühüm əhəmiyyət daşıyan Hays şəhərinə nəzarəti yenidən ələ keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Bildirilir ki, Əl-Hudeydə əyalətinin cənub-şərqində yerləşən şəhər “Ənsar Allah” hərəkatının husilərdən ibarət qüvvələrindən geri alınıb.

Haysın ələ keçirilməsi hökumət qüvvələrinin bölgədəki mövqelərini gücləndirməsinə və yeni istiqamətlərdə irəliləməsinə imkan yaradıb. Yəmən ordusunun şəhərə nəzarəti təmin etdikdən sonra üç istiqamətdə hərəkətə keçdiyi bildirilir.

Qüvvələr şimalda Əl-Cərrahiyə, şərqdə Cəbəl-Rasa, cənubda isə Taiz əyalətinin Əl-Barh bölgəsinə doğru irəliləyib.

Hökumət qüvvələri bir sıra mövqelərin və strateji yüksəkliklərin nəzarətə götürüldüyünü açıqlayıb. Bununla yanaşı, Taiz əyalətinin qərbində, xüsusilə Əl-Barh ətrafında qarşıdurmaların davam etdiyi qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]