ABŞ üç İran tankerini belə məhv etdi

6-09-2026, 00:12           
ABŞ üç İran tankerini belə məhv etdi
ABŞ Silahlı Qüvvələri İrana məxsus xam neft daşıyan üç tankerə zərbə endirib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

ABŞ tərəfinin məlumatına görə, hücum İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) regional sularda iki ABŞ hərbi gəmisinə ballistik raketlər atmasından sonra həyata keçirilib.

“iki gəmimizə atəş açdınız, biz daha böyük iqtisadi zərbə vuracağıq. Sizin üç gəminizi məhv edəcəyik”, – CENTCOM komandanı Bred Kuper deyib.

Bundan əvvəl İran mediası ABŞ raketlərinin ölkənin əsas neft terminallarından birinin yerləşdiyi Xark adası yaxınlığında tankeri vurduğunu açıqlayıb.

Beləliklə, ABŞ İranın neft daşıyan gəmilərinə zərbə endirdiyini təsdiqləyib. Bunu SEPAH-ın ABŞ hərbi gəmilərinə hücumu ilə əlaqələndirib.

Tankerələrə endirilən zərbələr İranın neft infrastrukturu ətrafında gərginliyi daha da artıra, bölgədə gəmiçilik və qlobal enerji bazarları üçün əlavə risklər yarada bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]