Belarusda torpağı ilə birgə evlər satışa çıxarıldı – 24 manata

5-09-2026, 09:24           
Belarusda torpağı ilə birgə evlər satışa çıxarıldı – 24 manata
Belarusun Qrodno vilayətinin Dolqaya kəndində yeddi ev 315 Belarus rubluna (təxminən 165 Azərbaycan manatına) satışa çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "Realt.by" daşınmaz əmlak platforması məlumat yayıb.

Evlərin hər birinin qiyməti 45 Belarus rublu (təxminən 24 Azərbaycan manatı) təşkil edir. Onların sahəsi 44 ilə 88 kvadratmetr arasında dəyişir. Hər bir tikiliyə 30-dan 50 sota qədər torpaq sahəsi də daxildir. Evlərdən altısı 1930-1975-ci illər arasında tikilib, birinin isə 100-dən çox yaşı var.

Tikililər rəsmi olaraq "sahibsiz və boş qalan evlər" statusu alıb. Onlar bir-birindən xeyli məsafədə yerləşirlər.

Kənd Şuçin şəhərindən 12 kilometr, Minskdən isə 205 kilometr uzaqlıqdadır. Evlərin satışı hərrac vasitəsilə həyata keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]