ŞƏRURLU İSFƏNDİYARI HƏBS ETDİRMƏK İSTƏYİRDİ... - Həbs olunduu

4-09-2026, 10:44           
ŞƏRURLU İSFƏNDİYARI HƏBS ETDİRMƏK İSTƏYİRDİ... - Həbs olunduu
“Progress-2016” MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb.

TEREF “Qafqazinfo”ya istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib.

Şirkət rəhbərinə xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə irəli sürülən ittiham zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiqini tapıb. Təqsirləndirilən şəxsin eyni mənzili bir neçə nəfərə satdığı sübuta yetirilib.

Hökmə əsasən, Səməndərova ittiham olunduğu maddənin sanksiyasının yuxarı həddi - 13 il həbs cəzası verilib.

Fotoda: Emil Səməndərov
Qeyd edək ki, hazırda təqsirli bilinən şirkət rəhbəri bu yaxınlarda məşhur iş adamı İsfəndiyar Axundovu məhkəməyə verməsi ilə gündəmə gəlmişdi. Buna səbəb isə Şərurlu İsfəndiyarın bir verilişdə onu “dələduz” adlandırması olub. Səməndərov qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan bu ifadəni özünə qarşı təhqir və böhtan hesab edərək qarşı tərəfin cəzalandırılmasını istəyib. Məhkəmə şikayəti əsassız sayaraq Şərurlu İsfəndiyara bəraət verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]