Avropa İttifaqı Rusiyanın "kölgə donanması"na aid daha bir gəmini ələ keçirib

1-09-2026, 10:18           
Avropa İttifaqı Rusiyanın "kölgə donanması"na aid daha bir gəmini ələ keçirib
Avropa İttifaqı Rusiya ilə əlaqələndirilən "kölgə donanması"na aid daha bir gəmini ələ keçirib.

Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində məlumat verib.

"Beynəlxalq dəniz hüququnu pozaraq saxta bayraq altında üzdüyü ehtimal edilən "MV SUN" neft tankeri bayrağının yoxlanılması məqsədilə avqustun 30-da Aralıq dənizində IRINI əməliyyat qüvvələri tərəfindən göyərtəsinə çıxılaraq yoxlanılıb", - deyə məlumatda bildirilir.

Kallasın sözlərinə görə, "MV SUN" son aylarda Aİ qüvvələri tərəfindən yoxlanılan "kölgə donanması"nın artıq altıncı gəmisidir. Onun sözlərinə görə, bu məsələ sentyabrın 1-də İrlandiyada keçiriləcək sammitdə Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirləri tərəfindən müzakirə olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]