Süni intellekt gələcəyin peşələrini açıqladı: Bəziləri bu gün mövcud deyil

14-08-2026, 16:44           
Süni intellekt gələcəyin peşələrini açıqladı:
Süni intellektdən qeyri-adi gələcək peşələri barədə soruşulduqda, hazırda heç bir yerdə tədris olunmayan bir sıra vəzifələrin siyahısı təqdim olunub. Formal olaraq bunlar hələ peşə hesab edilmir, çünki onları öyrənmək üçün xüsusi təhsil proqramları yoxdur. Lakin bu istiqamətlər insan və texnologiyanın kəsişməsində yaranan yeni ehtiyacları əks etdirir.

Bu barədə Republica.ro saytı yazıb.

Rəqəmsal reputasiya müdafiəçisi – süni intellektin formalaşdırdığı dünyada insanın şəxsiyyətini manipulyasiyalardan, səs klonlaşdırılmasından, uydurma məlumat, fakt və şəxslərin yer aldığı süni kontentdən qoruyacaq.

Şəxsi məlumatlar üzrə agent – insanın məlumatlarından kimin, hansı məqsədlə və hansı qiymət qarşılığında istifadə edə biləcəyi ilə bağlı danışıqlar aparacaq. Bu peşə bir növ daşınmaz əmlak agentinə bənzəyir, lakin burada söhbət əmlakdan deyil, şəxsi məlumatlardan gedir.

İnsan-süni intellekt münasibətləri üzrə məsləhətçi – insanların süni intellekt, robotlar və ya avatarlarla ciddi emosional münasibətlər qurduğu hallarda müdaxilə edəcək. Bu, artıq zəruri hala gələn "Terapiya 3.0" kimi təqdim olunur. Robot-partnyor fenomeni artıq mövcuddur və xüsusilə tənha və ya özünə inamı az olan insanlar üçün bu cür münasibətlər rahatlıq mənbəyinə çevrilir.

İnsan mühakiməsi üzrə mütəxəssis – süni intellektin ən optimal qərarı hesablaya bildiyi, lakin son qərarı yenə də insanın verməli olduğu hallarda müdaxilə edəcək. Bu cür mütəxəssislərə hətta indidən ehtiyac olduğu bildirilir, çünki insan mühakiməsi artıq nadir bacarıqlardan birinə çevrilir.

Ekstremal istilər zamanı şəhər dizayneri – temperaturun getdikcə yüksəldiyi yaşayış məntəqələri üçün küçələri, binaları və ictimai məkanları yenidən layihələndirəcək.

Su ehtiyatları üzrə strateq – suyu daşınmaz əmlak, şəhərlər, kənd təsərrüfatı və şirkətlər üçün strateji resurs kimi idarə edəcək.

Şirkət filosofu – texnologiyaların əvvəllər mümkünsüz olan şeyləri həyata keçirməyə imkan verdiyi şəraitdə, digər məsələlərlə yanaşı, "Bunu niyə etməliyik?" sualını verəcək.

Yeni HR mütəxəssisi – getdikcə daha çox avtomatlaşdırılan təşkilatlarda sırf insana xas keyfiyyətlərin qorunmasına və inkişaf etdirilməsinə cavabdeh olacaq.

Süni intellektdən kənar peşələr

Müəllif süni intellektdən niyə yalnız onunla əlaqəli peşələr təklif etdiyini soruşub. Süni intellekt isə texnoloji transformasiyalar səbəbindən məhz bu istiqamətlərin diqqət mərkəzində olacağını bildirib. Lakin süni intellekdən kənar gələcəyin peşələri barədə soruşulduqda siyahı fərqli olub.

100 illik həyat meneceri – insanlara həyatlarını bir neçə mərhələ üzrə yenidən qurmağa kömək edəcək: təhsil, ardıcıl karyera, fasilələr, ixtisasartırma, təqaüd və şəxsi münasibətlər.

Mənzilin sağlamlığı üzrə mütəxəssis – havanın keyfiyyətini, işıqlandırmanı, səs-küyü, temperaturu, kif və evdəki vərdişləri sakinlərin sağlamlığı baxımından təhlil edəcək.

Fermentasiya mütəxəssisi – qastronomiya, mikrobiologiya və qida istehsalının kəsişməsində formalaşan bu ixtisas artıq mövcud olub və gələcəkdə yenidən populyarlaşa bilər.

Cansıxıcılıq üzrə mütəxəssis – ilk baxışda absurd səslənsə də, diqqətin bərpası məqsədilə stimullaşdırmanın olmadığı dövrlərin şüurlu şəkildə yaradılması ilə məşğul olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]