97,3 milyard dollar gəlir əldə edən şirkətin səhmləri 20 faiz ucuzlaşdı

13-08-2026, 12:34           
97,3 milyard dollar gəlir əldə edən şirkətin səhmləri 20 faiz ucuzlaşdı
“Sanrio” şirkətinin səhmləri Tokio Fond Birjasında ticarət zamanı 20%-ə qədər ucuzlaşıb. Bu, 2014-cü ildən bəri şirkətin səhmlərində qeydə alınan ən kəskin eniş olub.

“Bloomberg” xəbər verir ki, Bakı vaxtı ilə saat 13:28-də şirkətin səhmləri 18,12% azalaraq 1,191 min dollara düşüb.

Bundan əvvəl “Sanrio” 2026-cı ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb. Şirkətin əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 11% artaraq 141 milyard dollara çatıb. Rüb ərzində gəlir 21% artaraq 326,5 milyard dollar olub. Səhmdarlara aid xalis mənfəət isə 97,3 milyard dollar təşkil edib ki, bu da illik ifadədə 9% artım deməkdir.

“Bloomberg”in sorğusuna qatılan “Morgan Stanley” analitiklərinin fikrincə, investorlar şirkətin nəticələrini neytral qiymətləndirib və mənfəətin bir hissəsini reallaşdırmağa başlayıblar.

Bununla belə, analitiklərin qiymətləndirməsinə görə, “Sanrio”nun biznesi sabit inkişaf edir. İlin əvvəlindən şirkətin səhmləri 50% bahalaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]