Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib - Zelenski

12-08-2026, 00:01           
Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib - Zelenski
Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə, “Sirkon” raketləri və KAB-larla zərbələr endirib.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

“Bu, maksimum zərəri məhz mülki infrastruktura vurmaq məqsədilə hesablanmış amansız hücumdur. Təəssüf ki, hazırda şəhərdə 6 nəfərin öldüyü, 19 nəfərin yaralandığı məlumdur”, - Ukrayna lideri qeyd edib.

Zelenksinin sözlərinə görə, Donetsk, Dnepropetrovsk və Nikolayev vilayətlərinə də zərbələr endirilib. Raketlərlə yanaşı, Ukrayna ərazisinə əksəriyyəti reaktiv “Şahed”lər olmaqla 120-dən çox dronla hücum həyata keçirilib.

“Rusiyanın hər bir addımı – ballistik raketlərin istehsalının artırılması, Şimali Koreyanın vasitələrindən istifadə, səfərbərliyə hazırlıq – bütün bunlar göstərir ki, Moskva sülhə deyil, eskalasiyaya hazırlaşır”, - o vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]