ABŞ ordusu İraqa girən zaman ata və onun 4 yaşlı oğlunu şübhəli şəxs qismində əsir götürür. Atanın əlləri qandallıdır. Başına qara cuval keçirilir. Uşaq qorxudan ağlamağa başlayır. Buna dözə bilməyən amerikalı əsgər qaydaları pozaraq adamın qandalını çıxarıb. Ata oğlunu qucaqlayaraq onu sakitləşdirir. Ata və oğulun sonrakı taleyi barədə məlumat yoxdur. Bu şəkli çəkən fotoqraf Jean-Marc Bouju xüsusi mükafat alır. Deyir, mən şəkli çəkəndə qızımın da 4 yaşı var idi. Bu gün qızıma baxıram. İndi də balaca oğlanın başına gələnləri çox düşünürəm. Təəssüf ki, onların başına nə gəldiyini bilmirəm... Nəcəf Əsgərzadə