Krım körpüsündə müvəqqəti dayandırılan dəmir yolu hərəkəti tam bərpa edilib.
Bizimesr.info xəbər verir ki, bu barədə Federal Dəmir Yolu Nəqliyyatı Agentliyi (Rosjeldor) məlumat yayıb.
Bildirilib ki, nəqliyyat məhdudiyyətləri səbəbindən gecikən bütün “Tavria” qatarları Kerç stansiyasına çatıb. Sankt-Peterburq–Kerç və Moskva–Kerç marşrutları üzrə qatarlar, eləcə də bir neçə şəhərətrafı qatar körpüdən keçib.
Qeyd edək ki, Krım körpüsü noyabrın 17-nə keçən gecə baş verən hücumdan sonra müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanmışdı.