"TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video

13-11-2026, 15:24           
"TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
Avtomobil almaq istəyən bir qrup vətəndaş dələduzluqla üzləşdiklərini iddia edirlər.

"Xəzər" TV xəbər verir ki, şikayətçilərin sözlərinə görə, "TikTok" sosial şəbəkəsində münasib qiymət və şərtlərlə avtomobil satışı elanına rast gəliblər.

Onlar müəyyən məbləğdə ilkin ödəniş edərək avtomobil sahibi olmaq istəyiblər. Ancaq sonradan aldadıldıqlarını başa düşüblər.

Şikayətçilərin sözlərinə görə, eyni əməl onlarla şəxsin başına gəlib. Dediklərinə görə, onlara ümumilikdə təxminən 300 min manat civarında ziyan dəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli bildirib ki, həmin şəxslərin qanunsuz əməlləri nəticəsində çoxsaylı vətəndaşların dələduzluq edilərək aldadılması ilə bağlı polisə müraciətlər daxil olub. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb.

Polisin həyata keçirdiyi tədbirlərlə qeyd edilən əməlləri törədən iki nəfər müəyyən edilərək saxlanılıb. Məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işləri üzrə istintaq hərəkətləri davam etdirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]