Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər

Bu gün, 07:23           
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər"Bəzi kolleclərin müəyyən universitetlərin tərkibinə daxil edilməsi, digər kolleclərin isə ləğv olunması nəzərdə tutulur".

Bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov Azedu.az və Modern.az-a müsahibəsində bildirib.

"Kolleclərin profilinə uyğun ali təhsil müəssisələrinin tərkibində fəaliyyət göstərməsi ilə bağlı müəyyən işlər aparılır. Məsələn, niyə Tibb Universitetinin nəzdində Tibb Kolleci olmasın? Yaxud, Pedaqoji Kollec Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərkibindədir. Eyni şəkildə, Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollec niyə Aqrar Universitetinin tərkibində olmasın? Bu istiqamətdə müəyyən işlər gedir", - deyə komitə sədri bildirib.

Anar İsgəndərov qeyd edib ki, ali təhsil sahəsində həyata keçirilən dəyişikliklər azərbaycanlı gənclərin xaricdə təhsil və fəaliyyət zamanı problemlərlə üzləşməməsi baxımından da əhəmiyyətlidir:

"Əsas istək odur ki, azərbaycanlı gənc başqa ölkəyə gedəndə Azərbaycanda aldığı təhsil ona kömək olsun, əlavə problemlər yaşamasın. Çünki bu gün azərbaycanlılar təkə Azərbaycanda fəaliyyət göstərmirlər. Minlərlə azərbaycanlı gənc dünyanın hər yerində var. Biz bu istiqaməti nəzərə alacağıq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]