ABŞ-də radarlardan itən təyyarənin qalıqları tapılıb: Sərnişinlərin axtarışı davam edir

4-10-2026, 12:38           
ABŞ-də radarlardan itən təyyarənin qalıqları tapılıb:
ABŞ Sahil Mühafizəsi Nantaket adası sahillərində radarlardan itən "Gulfstream" markalı tibbi təyyarənin qalıqlarını aşkar edib. Hava gəmisinin göyərtəsində olan altı nəfərin axtarışları davam etdirilir.

Oxu.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti bəyanat yayıb.

Qurumun açıqlamasında bildirilib ki, Nantaket adası sahillərində qəza bölgəsi müəyyən edilib və radarlardan itən tibbi təyyarəyə aid olduğu təsdiqlənən qalıqlar aşkarlanıb.

Hazırda təyyarənin göyərtəsində olan altı nəfərin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]