Azərbaycanda quzu əti bahalaşdı - VİDEO

2-10-2026, 09:18           
Azərbaycanda quzu əti bahalaşdı - VİDEO
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var.

TEREF "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır.

Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir.

Satıcılar bildirirlər ki, mövsümlə əlaqədar son dövrlərdə mağazalara Monqolustandan quzu əti gətirilməyib. Məhsulun satışı yalnız son bir həftə ərzində yenidən bərpa olunub.

Qarşıdakı həftələrdə isə qiymətin stabil qalacağı gözlənilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]