Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub

2-10-2026, 00:07           
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
Ukrayna Hərbi Hava Qüvvələri MiQ-29 qırıcısının döyüş tapşırığı zamanı vurulduğunu və pilotun həlak olduğunu açıqlayıb.

Tribuna.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Hərbi Hava Qüvvələrinin açıqlamasına istinadən məlumat yayıb.

Bildirilib ki, oktyabrın 1-də 40-cı taktiki aviasiya briqadasının kapitanı, bölük komandiri Marat Mambetov döyüş tapşırığını yerinə yetirərkən həlak olub.

Məlumata görə, onun idarə etdiyi MiQ-29 qırıcısı raketlə vurulub. Pilot katapult etsə də, həyatını xilas etmək mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]