Avropada meşə yanğınlarına qarşı yeni üsul: "Yanğınsöndürən keçilər" işə düşür

13-09-2026, 10:38           
Avropada meşə yanğınlarına qarşı yeni üsul:
Portuqaliyanın kənd təsərrüfatı naziri Joze Fernandeş Avropa İttifaqına (Aİ) meşə yanğınları riski yüksək olan ərazilərdə heyvan otaran çobanların əməyinin ödənilməsi xərclərinin yeni uzunmüddətli büdcəyə daxil edilməsini təklif edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Məlumata görə, portuqaliyalı nazir keçi, qoyun və inəklərin əraziləri bitki örtüyündən təmizləyərək alovun ehtimal olunan yayılmasının qarşısını alacağı proqram üçün Brüsselin dəstəyini qazanmaq niyyətindədir.

"Biz öz milli vəsaitlərimizdən istifadə edirik, lakin bu, bütün Avropa İttifaqı üçün gördüyümüz bir işdir", - deyə Fernandeşin sözləri məqalədə yer alıb.

"Politico" vurğulayır ki, profilaktik tədbir olaraq "yanğınsöndürən keçilər"dən istifadə edilməsi artıq Avropa Komissiyası tərəfindən bəyənilib. Alimlərin fikrincə, kollar və quru bitkilərlə qidalanan heyvanlar alovun yayılmasını yavaşlada bilən təbii yanğın əleyhinə zolaqlar formalaşdırırlar. Bu üsul artıq İspaniyanın bir neçə bölgəsində yanğınların qarşısını almağa kömək edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]