Əgər köpəkbalığı qəfil dişini itirərsə, onun yerində cəmi iki həftə ərzində yenisi çıxır
17-09-2026, 11:54
Bu proses köpəkbalığının bütün ömrü boyu davam edə bilər... Dişlər tək bir sıra ilə deyil, bir neçə sıra ilə düzülür. Öndəki diş qırıldıqda və ya düşdükdə, arxa sıradakı diş irəli gələrək onun yerini tutur. Növündən asılı olaraq yeni bir dişin çıxması cəmi bir neçə gündən iki həftəyə qədər çəkə bilər. Köpəkbalığı ömrü boyu orta hesabla 20.000 ilə 35.000 arasında diş dəyişdirə bilər. Bu adaptasiya köpəkbalıqlarının ov edərkən hər zaman iti və funksional silahlara sahib olmasını təmin edir. Umid İman