Ağdərədə mina partlayıb

11-09-2026, 11:32           
Ağdərədə mina partlayıb
Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayıb.

Oxu.Az xəbər verir ki, Tərtər rayon sakini, 2005-ci il təvəllüdlü Sərxan Bəxtiyar oğlu Rüstəmzadə minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən at piyada əleyhinə minaya düşüb. S.Rüstəmzadə yüngül xəsarət alıb.

Vətəndaş ANAMA əməkdaşları tərəfindən təhlükəli ərazidən təxliyə edilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]