Ukraynanın vurduğu zavodlarla bağlı azərbaycanlı milyarderdən açıqlama

7-09-2026, 00:10           
Ukraynanın vurduğu zavodlarla bağlı azərbaycanlı milyarderdən açıqlama
Rusiyanın LUKOIL neft şirkətinin təsisçisi, Azərbaycan əsilli milyarder Vahid Ələkbərov şirkətə məxsus neft emalı zavodlarının bərpası ilə bağlı açıqlama verib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, 76 yaşlı iş adamı Ukraynanın dron və raket zərbələri zamanı zərər görən zavodların fəaliyyətinin bərpası üçün bütün zəruri tədbirlərin görüldüyünü deyib.

“Bu, həmişə ən qısa müddətdə mümkün olmur. Lakin bərpa olunmaq üçün bizə iki-üç həftə kifayət edir”, – Ələkbərov deyib.

Qeyd edək ki, Vahid Ələkbərov Azərbaycanda anadan olub və LUKOIL şirkətinin əsasını qoyub. O, Rusiyanın ən varlı iş adamlarından biri kimi tanınır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]