Hindistanlı fırıldaqçılar Estoniyaya 70 milyon avro atıblar
5-09-2026, 10:28
Hindistanlı fırıldaqçılar Ukrayna üçün artilleriya mərmiləri istehsal edəcəklərini vəd edərək, Estoniyanın müdafiə nazirini 70 milyon avro köçürməyə inandırıb aldadıblar. Hadisədən sonra Estoniyanın müdafiə naziri Hanno Pevkur istefa verib. Estoniya Ukrayna üçün nəzərdə tutulmuş sursat müqabilində bir İtaliya şirkətinə təxminən 70 milyon avro məbləğində ilkin ödəniş etmişdi. Lakin sonradan məlum olub ki, həmin İtaliya şirkəti əslində hindistanlı iş adamlarının adından fəaliyyət göstərən formal (saxta) bir şirkət imiş. Siyasət Akademiyası