ABŞ-nin İrana zərbələri: Toy mərasimində həlak olanların və yaralananların sayı artdı
2-09-2026, 09:38
ABŞ-nin İranın Sirik şəhərində toy mərasiminin keçirildiyi yerə endirdiyi zərbə nəticəsində dörd nəfər həlak olub, daha 50 nəfər isə xəsarət alıb.
SNN xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Muxtar Salahşur və Hörmüzgan əyalətinin başçısının müavini Əhməd Nəfisi məlumat veriblər.
Bildirilir ki, bəzi yaralıların vəziyyətini nəzərə alındıqda, həlak olanların sayının artması ehtimalı var.