Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı

28-08-2026, 17:18           
Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

İdarənin "Qırmızı Körpü" gömrük postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusu tətbiq edilməklə yük nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gömrük orqanına bəyan edilməyən 4 adda 448 kapsul və 81 ədəd dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]