Evdə hansı qeyri-aşkar əşya tarakanları cəlb edir? - Mütəxəssislərdən maraqlı açıqlama

26-08-2026, 17:08           
Evdə hansı qeyri-aşkar əşya tarakanları cəlb edir? - Mütəxəssislərdən maraqlı açıqlama
Şəhər və şəhərətrafı ərazilər üzrə entomoloq Aaron Eşbruk və gəmiricilər və həşəratlarla mübarizə üzrə mütəxəssis Mett Fray tarakanları evə cəlb edə biləcək, çoxlarının ağlına gəlməyən əşyanın adını açıqlayıblar.

"HuffPost" nəşri onların fikirlərini dərc edib.

Aaron Eşbrukun sözlərinə görə, sarımtıl tarakanlar və bəzi digər növlər üçün sevimli yaşayış yerlərindən biri karton qutulardır. O izah edib ki, karton qutular həşəratlar üçün həm yaşayış yeri, həm də qida mənbəyi kimi xidmət edir. Əgər kartona nəm düşərsə, o, həm də su mənbəyinə çevrilə bilər.

Mett Fray əlavə edib ki, karton qutular sözün əsl mənasında tarakanları özünə cəlb edir, çünki həşəratları çəkən qoxuları udur və uzun müddət saxlayır. Bu, qida qoxusu və ya heyvanların feromonları ola bilər.

Mütəxəssislər xəbərdarlıq ediblər ki, tarakanlar təhlükəli xəstəliklərin daşıyıcısı ola bilərlər. Onların nəcisi uşaqlarda allergiyaya və astmaya səbəb ola bilər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]