PSJ "Real"ın ulduzu üçün 200 milyon avro təklif edəcək

16-11-2026, 09:44           
PSJ "Real"ın ulduzu üçün 200 milyon avro təklif edəcək
PSJ rəhbərliyi növbəti transfer "bombası"na hazırlaşır.

Fransa nəhəngi 21 yaşlı türk futbolçunu transfer etmək üçün 200 milyon avro dəyərində nəhəng bir təklif hazırlamağa başlayıb

Paris təmsilçisi "Real Madrid"in təklif etdiyi illik 8 milyon avroluq yeni müqavilə şərtlərini rədd etdiyi iddia edilən gənc ulduza 22 milyon avro illik maaş ödəməyə hazırdır.

Əgər bu transfer göstərilən rəqəmlə reallaşarsa, bu, "Real Madrid" tarixinin ən bahalı satışı və dünya futbol tarixinin ikinci ən bahalı keçidi olacaq.

İspaniya mətbuatının xəbərlərinə görə, Madrid təmsilçisi oyunçunun maaşını 8 milyon avroya çatdırmağı planlaşdırlaşdırsa da, Paris Sen-Jermenin təklif etйiyi maliyyə şərtləri olduqca cazibədardır.

"Real Madrid" rəhbərliyi isə Arda Gülerin komandada qalmasını istəyir və potensial təhlükələrin qarşısını almaq üçün onun müqaviləsini uzun müddətə uzatmaq və astronomik sərbəstqalma bəndi əlavə etmək niyyətindədir.

(Offsideplus.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]