“Zenit” “Trabzonspor”a aman vermədi

16-11-2026, 12:24           
“Zenit” “Trabzonspor”a aman vermədi
Türkiyənin “Trabzonspor” klubu beynəlxalq oyunlarla əlaqədar Super Liqada yaranan fasilədən istifadə edərək Rusiyanın “Zenit” komandası ilə yoldaşlıq görüşü keçirib.

Sankt-Peterburqdakı “Qazprom Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Zenit”in heyətində Felipe Auqusto və Aleksandr Sobolev fərqləniblər. Daha bir qol isə “Trabzonspor”un futbolçusu Əhməd Cəmil Gürenin avtoqolundan sonra qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]