“Çelsi” Moranteni transfer etmək istəyir

16-11-2026, 09:24           
“Çelsi” Moranteni transfer etmək istəyir
“Çelsi” “Betis”in 19 yaşlı futbolçusu Moranteni transfer etmək üçün hərəkətə keçib.

Bu barədə “ABC Sevilla” məlumat yayıb. Lakin ispaniyalı yarımmüdafiəçi karyerasını hazırkı klubunda davam etdirmək niyyətindədir.

Məlumata görə, London klubu yayda həm futbolçunun nümayəndələri, həm də “Betis” rəhbərliyi ilə əlaqə saxlayıb. Ancaq ilkin danışıqlar nəticəsiz qalıb. Morantenin Sevilya klubundan ayrılmaq istəməməsi transferin qarşısında əsas maneədir.

“Çelsi”nin yanvarda transfer cəhdi real görünməsə də, London təmsilçisinin gələn yay yenidən danışıqlara başlaya biləcəyi bildirilir.

Qeyd edək ki, gənc futbolçu bu mövsüm “Betis”in əsas komandasında 3 oyuna çıxıb və La Liqada ilk qolunu vurub. O, yayda İspaniyanın U-19 millisi ilə Avropa çempionu olub, turnirin rəmzi komandasına seçilib və 4 qolla bombardirlər sırasında yer alıb. (Qol.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]