Harri Keyn İngiltərə millisində rekord müəyyənləşdirdi

13-11-2026, 17:54           
Harri Keyn İngiltərə millisində rekord müəyyənləşdirdi
Hücumçu Harri Keyn İngiltərə millisinin heyətində keçirdiyi oyunların sayına görə yeni rekord müəyyənləşdirib.

"Çempionat" xəbər verir ki, Keyn rekorda UEFA Millətlər Liqasının A Liqasında qrup mərhələsinin V turunda Xorvatiya ilə keçirilən görüşdə imza atıb.

Bu qarşılaşma Keynin İngiltərə millisinin heyətində 126-cı oyunu olub. Bununla da o, 1970-1990-cı illərdə yığmada çıxış etmiş qapıçı Piter Şiltonun 125 oyunluq rekordunu geridə qoyub.

İngiltərə millisinin heyətində ən çox oyun keçirən futbolçuların ilk beşliyində Ueyn Runi (120), Devid Bekhem (115) və Stiven Cerrard (114) da yer alırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]