Rəqib qapıçıdan Arda Gülərə alqış: "Bu qolun qarşısında şlyapa çıxarmaq lazımdır"

13-11-2026, 11:34           
Rəqib qapıçıdan Arda Gülərə alqış: "Bu qolun qarşısında şlyapa çıxarmaq lazımdır"
Rəqib qapıçıdan Arda Gülərə alqış: "Bu qolun qarşısında şapka çıxarmaq lazımdır"
Türkiyə A Milli Komandasının Belçikaya 1:2 hesabı ilə məğlub olduğu matçdan sonra qonaq komandanın qapıçısı Senne Lammens vurduğu qola görə Arda Güləri təbrik edib.

32gun.az bildirir ki, UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunun beşinci turunda Belçikaya 1:2 hesabı ilə uduzan "ay-ulduzlular" yenə xalla tanış ola bilməyiblər.

Matçdan sonra açıqlama verən Belçika yığmasının qapıçısı Senne Lammens qarşılaşmanın son dəqiqələrində çətinlik çəkdiklərini, lakin qələbəyə layiq olduqlarını bildirib. O, Arda Gülərin fərqlənməsini xüsusi vurğulayaraq, bəzi qollarda rəqibi sadəcə alqışlamaq məcburiyyətində qaldıqlarını və Ardanın qolunun da məhz "şlyapa çıxarılacaq" səviyyədə olduğunu qeyd edib.

Belçika millisinin ulduz futbolçusu Kevin De Bruyne isə Arda Gülərin möhtəşəm oyunçu olduğunu və matç boyu bütün diqqətlərini ona yönəltdiklərini söyləyib. De Bruynenin sözlərinə görə, Türkiyə millisində bütün məsuliyyət Ardanın üzərində olduğu üçün onlar da oyun planlarını ona uyğun qurublar. Təcrübəli yarımmüdafiəçi Ardanın dünyanın ən yaxşı klublarından birində çıxış etdiyini və dünyanın ən yaxşı futbolçularından biri olduğunu əlavə edib.

Türkiyə millisinin üzvü Yunus Akgün isə fikirlərinə Malatyada şəhid xəbəri aldıqlarını bildirərək ölkəyə başsağlığı verməklə başlayıb. Oyuna qolla başlayıb hesabda önə keçdiklərini deyən futbolçu, zaman-zaman oyundan düşdükləri anlarda rəqibin onları cəzalandırdığını vurğulayıb. Buna baxmayaraq, komandanın yaxşı reaksiya verdiyini və hər zaman oyunun içində qaldığını deyən Akgün, yeni baş məşqçinin ilk matçı olduğunu, onunla birlikdə müsbət ab-havanı zamanla meydana əks etdirəcəklərinə inandığını bildirib və İzmir xalqına dəstəyə görə təşəkkür edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]