Türkiyə yığmasının və "Beşiktaş"ın sabiq futbolçusu ağır vəziyyətdə: medallarını satışa çıxardı - FOTO
12-11-2026, 10:18
Bir vaxtlar Türkiyə yığmasının və "Beşiktaş"ın əsas heyətiinin əvəzolunmaz üzvü olan Gökhan Törə ağır həyat sınağı ilə üz-üzə qalıb.
Mia.az Türkiyə mətbuatna istinadla xəbər verir ki, o, artıq 2020-21 mövsümünün ikiqat çempionluq medallarını satışa çıxarıb.
Məlumata görə, iki fərqli alış-veriş saytında satışa çıxarılan medala qiymət də qoyulub: "Bir elanda 1100 avro, digərində isə 1200 avro qiymət qoyulub"
Məlumatda deyilir ki, medalların satışa çıxarılması Törenin maliyyə çətinlikləri ilə üzləşməsindən xəbər verir.